Dezinseksiya
Dezinseksiya - infeksion xəstəlikləri yayan, yeyinti və kənd təsərrüfatı məhsularına, habelə yaşayış mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü, gənə) qarşı işlədilən mübarizə üsulu və vasitəsidir. Dezinseksiya əməliyyatı mənzillərdə, xəstəxanalarda, məktəblərdə və digər müəssisələrdə mütəmadi olaraq həyata keçirilməlidir.
BİOLOJİ METOD
Həşəratların xarici mühitdə bioloji vasitələrin köməyi ilə məhv edilməsidir.
Bu metod biokimyəvi vasitələrin (hormonal preparatların, ferromonlar, immunodepressantlar), bakterial preparatların tətbiq olunmasına, təbii düşmənlərin – yırtıcıların istifadə olunmasına əsaslanmışdır.
FİZİKİ METOD
Mexaniki vasitələrin istifadə olunması və yüksək temperaturların istifadə olunması yolu ilə həyata keçirilir.
Otaqların və ayrı – ayrı predmetlərin təmizlənməsi zamanı istifadə olunan adi üsulları, müxtəlif tələlərin, elektrik milçək öldürən cihazların, yapışqanlı kağızların, pəncərələrdə və qapılarda torların tətbiq olunmasını qeyd etmək lazımdır. Mexaniki dezinseksiya vasitələri həm effektivliyinə, həm də tətbiqi obyektinə görə ikincidərəcəli əhəmiyyətə malik olub, yalnız kimyəvi üsullara əlavə kimi nəzərdən keçirilə bilər.
KİMYƏVİ METOD
Həşəratlarla mübarizə üçün tətbiq olunan bütün kimyəvi maddələrin ümumi adı vardır — insektisidlər.
Gənələrin məhv edilməsi üçün istifadə olunan insektisidlər akarisidlər adlanır. Bunlardan əlavə həşəratların uzaqlaşdırılmasını təmin edən kimyəvi maddələr qrupu – repellentlər mövcuddur. Bütün zəhərli maddələr kimi, insektisidlər də orqanizmə daxil olan zaman orqanizmin fəaliyyətinin pozulmasına səbəb olur. Digər müxtəlif şəraitdə həyat fəaliyyətinin pozulması dərəcəsi həşəratların orqanizminə daxil olan zəhərin miqdarından asılıdır. O, onların sonradan tam və ya qismən bərpa olunması ilə orqanizmin funksiyalarının müvəqqəti olaraq pozulmasına və ya ölümə səbəb olur. İnteksidlərin həşəratların orqanizminə nüfuz etməsi yollarından və üsullarından, onların təsir mexanizmlərindən asılı olaraq onlar üç qrupa bölünür: kontaktlı, bağırsaq və tənəffüs yolu ilə. Bəzi inteksidlər eyni zamanda kontaktlı və ya fumiqantlı inteksidlər kimi istifadə oluna bilərlər.
7/24 Rejimində Xidmət Göstəririk