Dezaktivasiya

Dezaktivasiya

Radioaktiv maddələrin binaların, tikililərin, texnikanın, geyimin, şəxsi qoruma vasitələrinin, suyun, ərzaq məhsullarının səthindən təmizlənməsi.

Obeyktlərin, səthlərin, otaqların dağılmış civədən təmizlənməsi və dezaktivasiya edilməsi demerkurizasiya adlanır.

Mənzildə, iş otaqlarında və s. civə dağılarkən nə etmək lazımdır?

1.    Civə dağılmış otaqdan insanları (ilk növbədə uşaqları) təcili çıxartmaq və giriş qapısını bağlayaraq həmin otağı izolyasiya etmək, tənəffüs orqanlarını civə buxarlarından qorumaq üçün ağızı yaş tənzif vasitəsilə bağlamaq;

2.    Otaqda civənin buxarlanmasının qarşısını almaq üçün pəncərələri açaraq temperaturun aşağı salınmasını təmin etmək və dağılmış civənin üzərini isladılmış kağız qəzet, vərəq və ya yaş əski parçası ilə örtmək; (kondisioner və ya sərinkeşi işə salmaq olmaz);

3.    Üzərinə civə dağılmış bütün əşyaları (paltar, xalça və s.) toplayaraq polietilen kisələrə toplayaraq mütəxəssislər gələnə qədər eyvanda, qarajda və digər təhlükəsiz yerlərdə saxlamaq;

4.    Civəni toplamaq üçün tozsoran cihazlardan istifadə etmək olmaz. Belə ki, tozsoran civə hissəcikləri ilə çirklənə bilər və ya civənin əksər hissəsi tozsoranın filtri onu tutmadığı üçün aerozol formasında ətrafa yayıla bilər.

 

7/24 Rejimində Xidmət Göstəririk