Dezinfeksiya

Dezinfeksiya - xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsidir. İnfeksion xəstəliklərin mənbəyi olan və insan sağlamlığına zərər yetirə bilən mikroorganizmlərin məhv edilməsi üzrə işlər deməkdir.

Virus və bakteriyaların məhv edilməsi. Bakteriyalar hər yerdə, hər bir kvadrat santimetrdə bir milyondan çox olmaqla yayılıblar. Onlardan yalnız minə qədəri insan orqanizminə zərər yetirmir və ya faydalıdır. Bütün qalanlar isə, müvafiq olaraq müxtəlif xəstəlik mənbəyi ola biləcək parazitlərdir. Bakteriya və virusları tam məhv etmək, demək olar ki, qeyri-mümkündür, belə ki, onlar temperaturun qalxıb düşməsinə uyğunlaşa bilir, suda yaşaya bilir və hətta ən ciddi xarici qıcıqlandırıcılara müqavimət göstərə bilirlər. Virus və bakteriyalar bizim üçün ona görə təhlükəlidirlər ki, tək ətraf mühitdə deyil, həm də insan sağlamlığını pisləşdirərək onun orqanizmində də yaşaya bilirlər. İnsan bakteriyalarla mübarizəni müntəzəm aparmalıdır. Bizim hər birimiz duş qəbul edir, əllərini yuyur, xəstələndikdə isə antibiotiklər qəbul edirik. Bakteriyaları məhv etmək üçün biz bir qayda olaraq təmizlik zamanı müxtəlif maye vasitələrdən və tozlardan istifadə edirik. Lakin bu metodlar, təəssüf ki, arzu olunan nəticələrə gətirmir. Belə ki, onların əksəriyyəti sağ qalır. Əgər orqanizmimizin qorunması üçün yalnız şəxsi gigiyena vasitələrindən istifadə etmək olarsa, onda bizi əhatə edən bakteriyaların effektiv məhvi mümkün olar. Bakteriyaların məhvi çoxlu sayda insan axını olan müəssisə və təşkilatlar üçün daha aktualdır. Bizim şirkət virus və bakteriyaların məhv edilməsin xidmətlərini təklif edir. Almaniya və Böyük Britaniya istehsalı olan preparatlarla mütəxəssislərimiz istənilən sahələrdə dezinfeksiya tədbirlərini həyata keçirir.

Göbələklərin məhv edilməsi. Çoxları tez-tez divarlarda, taxta döşəmələrdə və tavanlarda ağ rəngli zərif tükcüklərə rast gəlirlər. Sonradan həmin yerlərdə bənövşəyi, qara və sarı bulaşıq yaranır, bir müddətdən sonra onlar gümüşü çalarlı boz təbəqə əmələ gətirirlər. Bütün bunlar göbələk adlanır.Göbələklə zədələnmələr mikroorqanizmlərin aktiv yayılması nəticəsində yaranır. Onlar nəm və az işıqlanan fasad sahələrində çoxalırlar. Göbələklərin inkişafının səbəbi fasadın, özülün və binanın damının hidroizolyasiyasının pozulması və ya zəif olmasıdır. Belə şəraitdə divarlar dərhal nəmlənir, onunla da bərabər divar içində mikroorqanizmlər inkişaf edir. İlk olaraq göbələklərlə zədələnmələrə heç kim fikir vermir, ona görə də zədələnən yeri rəngləyir və ya qopmuş divar kağızını yenidən yapışdırırlar. Bütün bunlarla da əsas iş bitmiş hesab olunur. Göbələklərin belə məhvi açıq-açığına uğursuzdur və vaxt keçdikcə göbələk həmin yerdə yenidən əmələ gəlir.

Lakin fikirləşmək lazım deyil ki, göbələk yalnız otağın xarici görünüşünü korlayır. Göbələklər milyonlarla sporlar ifraz edir, onlar da havada uçaraq ağ ciyərlərimizə daxil olurlar. Bununla əlaqədar olaraq tənəffüs yolları və qan-damar sistemində bir sıra xəstəliklər yarana bilər. Həmçinin bir sıra dəri xəstəliklərinin, məsələn dermatitlərin inkişafı mümkündür. Hətta dayaq - hərəkət sistemində də pozuntular baş verə bilər. Yaranan göbələklə zədələnmələr bütün insanların immun sisteminə neqativ təsir göstərir, ən böyük əziyyəti isə allergiyası olanlar çəkir.

 

7/24 Rejimində Xidmət Göstəririk